Menyu

Azərbaycanda piyada vurma hadisələrinin sayı azalıb

Nərmin Qocamanlı
Azərbaycanda piyada vurma hadisələrinin sayı azalıb

Ölkəmizdə piyada vurma hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində görülən tədbirlərin gücləndirilməsinə ehtiyac duyulur.

Bu barədə "Operativ Media"ya DYP-dən bildirilib.

Bu səbəbdən aprel ayının 22-dən 28-dək respublika ərazisində “ Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsinə başlanıb.

Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktiki tədbirlərin artırılması ilə yanaşı, hərəkət marşrutlarında yol şəraitinin müayinə edilərək çatışmazlıqların aradan qaldırılması, habelə vətəndaş cəmiyyəti institutları ilə birgə əhali arasında maarifləndirilmə və təbliğat-təşviqat işinin daha da gücləndirilməsi nəzərdə tutulur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piydaları diqqətli olmağa çağırır, eyni zamanda ictimai təsisatları, xüsusilə media subyektlərini tədbir çərçivəsində birgə əməkdaşlığa dəvət edir.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər