Menyu

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib

Nərmin Qocamanlı
Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və mağazalar aşkar olunub. Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb.

Həmin obyekt sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. 

Qeyd edək ki, polis əməkdaşları tərəfindən paytaxtla yanaşı, bölgələrdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatların satışının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq davam etdirilir.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər