http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Enerji Construction” QSC 20 min manat məbləğində inzibati cərimə edilib

23 Aprel 2024 , 15:42
“Enerji Construction” QSC 20 min manat məbləğində inzibati cərimə edilib

“Enerji Construction” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb.

Tovuz rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qaunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda Cəmiyyətin vəzifəli şəxsi Eldəniz Dadaşov barəsində həmin məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qazax-Tovuz regional şöbəsinə göndərilib, vəzifəli şəxs müvafiq qərarla 3 min 500 manat məbləğində inzibati cərimə edilib.

OXŞAR XƏBƏRLƏR
Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb

Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb

Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
  • Dünən
    22:39

    Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər
  • Dünən
    22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • Dünən
    22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • Dünən
    22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
  • Dünən
    21:50

    Avropa İttifaqı: Ukrayna öz suverenliyinin bir hissəsini Aİ-yə həvalə etməlidir
Menyu