http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri Pirallahı İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirib

23 Aprel 2024 , 17:41
Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri Pirallahı İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirib

Hüquq və İnsan Haqları İnstitutu müxtəlif dövlət qurumlarının (orqanlarının) əməkdaşları üçün mütəmadi olaraq insan hüquq və azadlıqlarının müdafiəsi mövzularında silsilə təlimlər keçirir. Bu istiqamətdə keçirilən təlimlərin davamı olaraq İnstitutun təlimçi-ekspertləri aprelin 23-də Pirallahı rayon İcra Hakimiyyətinin 25 nəfər əməkdaşı üçün təlim keçiblər.

"Operativ Media" xəbər verir ki, bu barədə institutdan məlumat verilib.

Bildirilib ki, təlimdə Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov açılış nitqi ilə çıxış edərək bildirib ki, Hüquq və İnsan Haqları İnstitutunun təşəbbüsü ilə keçirilən bu təlimlər yerli icra hakimiyyəti əməkdaşlarının işində peşəkarlığı artırmaqla yanaşı, həm də icra hakimiyyətlərinin müasir tələblərə cavab verən orqanlar kimi formalaşmalarına və dövlət idarəetməsində daha yaxşı göstəricilər əldə etmələrinə kömək edə bilər. 

Daha sonra İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxış edərək təlim iştirakçılarına İnstitutun fəaliyyəti haqqında ümumi məlumat verib və gələcək perspektivlərdən söz açıb. Sədr müavini İnstitutun insan hüquqları sahəsində apardığı maarifləndirici təlimlərin sayının günü-gündən artdığını da xüsusilə vurğulayıb. 

Təlimdə İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı, eyni zamanda həmin şöbənin təlimçiləri Heydər Həsən oğlu Əliyev və Ülvi Abbasov təqdimatlarla çıxış ediblər. 
Təlim “Vətəndaşların müraciətlərinə baxılması”, “Korrupsiya, rüşvət və etik davranış” və “Sosial mediada məsuliyyət” mövzularını əhatə edib. 

Sonda təlim mövzuları ətrafında geniş müzakirələr aparılıb və təlimin qiymətləndirilməsi keçirilib. Həmçinin təlim iştirakçılarına sertifikatlar təqdim olunub. 

OXŞAR XƏBƏRLƏR
Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb

Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb

Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

XƏBƏR LENTİ
  • 21:20

    Trüdo: Demokratiyalarda fikir ayrılığı və qütbləşmə getdikcə artır
  • 21:05

    Tbilisidə etirazçılar AİB-in illik toplantısının keçirildiyi otelin qarşısında toplaşıblar
  • 20:50

    Ukrayna prezidenti hərbçilərə xəbərdarlıq edib
  • 20:35

    Böyük Britaniya iki İsrail təşkilatına qarşı sanksiya tətbiq edib
  • 20:33

    May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı
  • 20:21

    Finlandiyanın Kanadadakı səfiri istefa verib
  • 20:06

    Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb
  • 19:53

    Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub
Menyu