http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

23 Aprel 2024 , 17:46
Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, aprelin 23-də Baş prokuror Kamran Əliyev Sabunçu rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Sabunçu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 116 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

OXŞAR XƏBƏRLƏR
Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb

Xırdalanda haqqında rüşvət iddiası yayılan uşaq bağçası nəzarətə götürülüb

Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

XƏBƏR LENTİ
  • 22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • 22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • 22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
  • 21:50

    Avropa İttifaqı: Ukrayna öz suverenliyinin bir hissəsini Aİ-yə həvalə etməlidir
  • 21:35

    Gürcüstan Fransanı obyektivlik nümayiş etdirməməkdə ittiham edib
  • 21:20

    Trüdo: Demokratiyalarda fikir ayrılığı və qütbləşmə getdikcə artır
  • 21:05

    Tbilisidə etirazçılar AİB-in illik toplantısının keçirildiyi otelin qarşısında toplaşıblar
  • 20:50

    Ukrayna prezidenti hərbçilərə xəbərdarlıq edib
Menyu