http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ekspert: "Bağ evlərinin kirayə qiymətləri kəskin bahalaşıb"

23 Aprel 2024 , 18:14
Ekspert: "Bağ evlərinin kirayə qiymətləri kəskin bahalaşıb"

“Aprelin sonu, mayın əvvəlindən kirayə bağ evlərinə tələbat artıb. Mövsümlük bağ evlərinin qiyməti 20 min manatdan çoxdur“.

Bunu “Operativ Media”ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib.

Ekspert bildirib ki, kirayə bağ üçün müraciət edənlərin sayında artım var:

''Mövsümdə qiymətlər artmadan insanlar, əsasən də, dəniz kənarında hovuzlu bağ evlərinə daha çox maraq göstərirlər. Hövsan, Kürdəxanı, Pirşağı, Mərdəkan, Şüvəlan, Buzovnaya maraq var. Tələbatın ən çox olduğu ərazilər isə Bilgəh, Mərdəkan, Şüvəlandır. Bura digər ərazilərlə müqayisədə nisbətən bahadır. Amma ucuz qiymətə Hövsan, Kürdəxanı və Pirşağının bəzi əraziləridir''.

Ekspert qeyd edib ki, bağ evlərinin sahibləri mümkün qədər evi bir mövsümlük kirayə verməyə çalışırlar. Yəni 1 aylıq kirayə onlar üçün elə də gəlirli hesab edilmir:

“Tələb çox olduğundan əvvəlki illərlə müqayisədə artım var. Bu da bağ evinin şəraitinə görə dəyişir. Hovuzlu evlər digərləri ilə müqayisədə müştəriyə baha təklif edilir.  Qiymətlər birinci növbədə infrastrukturuna görə, dənizə yaxın məsafədə olması, hovuzlu olub-olmamasına görə dəyişir. Yəni bağ evinin şəraiti burada rol oynayır. Buna görə qiymətlər dəyişir. Məsələn, Hövsanda 800-1000 manat aralığından başlayır. Bilgəh, Mərdəkan, Şüvəlan, Buzovnada isə 3 min manatdan 7 min manata qədərdir. Bu bir ayın qiymətidir. Bəzən olur xaricdən gələnlər 3-4 aylıq kirayə götürürlər. Bakıətrafı qəsəbələr və dağlıq rayonlarda günlük bağ evlərinin qiyməti isə 100-600  manat aralığında dəyişir. Mövsüm başlayanda qiymətlərin bir az da artacağı istisna edilmir”.

OXŞAR XƏBƏRLƏR
Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib

Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Azərbaycanda avtomobil hərracına maraq necədir?

Azərbaycanda avtomobil hərracına maraq necədir?

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
  • Dünən
    22:39

    Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər
  • Dünən
    22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • Dünən
    22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • Dünən
    22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
  • Dünən
    21:50

    Avropa İttifaqı: Ukrayna öz suverenliyinin bir hissəsini Aİ-yə həvalə etməlidir
Menyu