23 Aprel 2024, 17:48
Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib
Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib şəkil
Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aprelin 23-də Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qusar rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, qəbulda vətəndaşların müraciətləri əsasən əkin və toxum subsidiyası, dəymiş zərərin ödənilməsi, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədin alınmasında çətinliklər, dövlət güzəşti ilə kənd təsərrüfatı texnikasının alınmasına kömək və digər məsələlərlə bağlı olub.

Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaş qəbulu başa çatdıqdan sonra İlhamə Qədimova Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, yazlıq əkinlərin bəyanı, əkinlərin sığortalanması prosesinin gedişi ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

Daha sonra nazir müavini rayonun Qalacıq kəndində "Qalagro" şirkətinin 160 hektar sahədə saldığı intensiv və superintensiv bağa baş çəkib, məhsul yığımı, qablaşdırılması, saxlanması və ixracı prosesi ilə maraqlanıb.

İlhamə Qədimova, həmçinin Qusar rayonunda yeni fəaliyyətə başlayan tingçilik təsərrüfatı ilə tanış olub, fermerlərlə təsərrüfatın fəaliyyəti barədə fikir mübadiləsi aparıb.

Son xəbərlər
Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda qüvvəsini sınayacaq
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək