Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıb
Əziz Əzizli
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar.
Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Məlumata görə, həmin şəxslərdən ümumi çəkisi 1 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.
Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işləri başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma