Menyu

Xankəndidə silah-sursat aşkarlanıb

Nərmin Qocamanlı
Xankəndidə silah-sursat aşkarlanıb
1 dəq oxu

Xankəndi rayonunda silah-sursat aşkarlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 23-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 2 tüfəng, 1 qumbaraatan, 4 qumbara, 19 patron darağı, 3 mərmi, 1410 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Əlaqəli Xəbərlər