Azad edilən ərazilərdə ilk dəfə peşə yarmarkası keçiriləcək
Nərmin Qocamanlı
İşğaldan azad edilən ərazilərdə ilk dəfə peşə yarmarkası keçiriləcək.
Bu barədə "Operativ Media"ya Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərin sakinləri üçün aktiv məşğulluq proqramları davam etdirilir.
Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi həmin ərazilərdə ilk dəfə olmaqla, aprelin 25-də Laçında “Laçında peşə öyrən!” adlı peşə yarmarkası keçirəcək.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçiriləcək yarmarka Həkəri çayının sahilində təşkil olunacaq.
Tədbirdə Laçında fəaliyyət göstərən işəgötürənlər tərəfindən Laçın şəhəri və Laçının Zabux kəndinin əhalisinə peşə istiqamətləri təqdim olunacaq. Həmçinin müxtəlif peşələr üzrə master-klaslar keçiriləcək.
Teqlər:
"Azad edil\u0259n \u0259razil\u0259rd\u0259 ilk d\u0259f\u0259 pe\u015f\u0259 yarmarkas\u0131 ke\u00e7iril\u0259c\u0259k"