http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

24 Aprel 2024 , 11:48
FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib.

"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə son dövrlər avtonəqliyyat vasitələrində baş vermiş yanğınların təhlili onu göstərir ki, avtomobilin elektrik sistemindəki nasazlıq, yanacaq sistemində sızmalar, bəzi hissələrin yüksək temperaturu, habelə avtomobildə siqaret çəkilməsi, təhlükəli yüklərin düzgün daşınmaması, avtoqəza belə yanğınların əsas səbəbləridir. Təəssüflə qeyd edilməlidir ki, təkcə 2024-cü ilin birinci rübü ərzində ölkə ərazisində avtonəqliyyat vasitələrində yanğınla bağlı “112” qaynar telefon xəttinə 170 məlumat daxil olub və yalnız yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitəsi sahiblərinə və sürücülərinə müraciət edərək müvafiq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki, avtomobillərin texniki sazlığı daim nəzarətdə saxlanılmalı, izolyasiyası pozulmuş naqillər yeniləri ilə əvəz olunmalı, avtomobildə istehsalçı normalarını pozan dəyişikliklər edilməməli, təhlükəli yüklərin daşınması qaydalarına əməl edilməli və yanğına səbəb ola biləcək digər hallara yol verilməməlidir. Nəzərə alınmalıdır ki, avtomobilin salonunda siqaret çəkmək təhlükəlidir!

Həmçinin, hər bir avtomobil odsöndürən balonla təchiz edilməli və balonun saz və istifadəyə yararlı olması daim nəzarətdə saxlanılmalıdır. Odsöndürən balon sürücü üçün əlçatan yerdə, əsasən avtomobilin salonunda saxlanılmalıdır.

Yadda saxlanmaq lazımdır ki, avtomobilin salonunda tüstü və ya yanıq qoxusu yanğın əlamətidir. Avtomobildə alışma və ya yanğınla bağlı hər hansı əlamət hiss edərkən dərhal onu dayandırın və mühərriki söndürün. “112” qaynar telefon xəttinə məlumat verin və mümkündürsə, ilkin odsöndürücü vasitələrlə yanğını söndürməyə çalışın. Yanğın güclüdürsə, buna cəhd etməyin və təhlükəsiz məsafəyə (ən azı 10 metr aralıya) çəkilin.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!"

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edir.

OXŞAR XƏBƏRLƏR
Dövlət Xidməti telekommunikasiya operatorlarına xəbərdalıq edib

Dövlət Xidməti telekommunikasiya operatorlarına xəbərdalıq edib

Bitki zərərvericiləri ilə necə mübarizə aparmaq olar? - VİDEO

Bitki zərərvericiləri ilə necə mübarizə aparmaq olar? - VİDEO

Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb

Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb

XƏBƏR LENTİ
  • 11:16

    Dövlət Xidməti telekommunikasiya operatorlarına xəbərdalıq edib
  • 11:15

    "Sumqayıt" sülh rekordunu təkrarladı
  • 11:06

    Azərbaycan və Ermənistan XİN başçıları mayın 10-da Almatıda görüşəcək
    Azərbaycan və Ermənistan XİN başçıları mayın 10-da Almatıda görüşəcək
  • 11:02

    Bitki zərərvericiləri ilə necə mübarizə aparmaq olar? - VİDEO
  • 11:02

    Zarepur: "İran regionun kosmik mərkəzinə çevriləcək"
  • 10:58

    Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb
  • 10:52

    "SpaceX" kosmosda gəzintilər üçün skafandrlar yaradıb
  • 10:51

    Azərbaycanla sərhəddə erməni minaxtaran minaya düşüb
Menyu