24 Aprel 2024, 13:55
Ekspert: "Taksilərin qiyməti tədricən artacaq"

"Taksi fəaliyyəti ilə bağlı qəbul edilən qərarlardan sonra taksi qiymətləri xüsusən də ilin ikinci yarısından başlayaraq, 2025-ci ildə də tədricən artacağı gözlənilir".
Bunu "Operativ Media"ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
O bildirib ki, aparılan bu tədbirlər nəticəsində taksi parkı daha müasir taksilərlə zənginləşəcək:
"Bundan başqa ödəniş forması olaraq nağdsız hesablaşmalar çoxalacaq, əlavə xərclər ortaya çıxacaq. Bütün bunlar da qiymətlərin tədricən bahalaşmasına gətirib çıxaracaq".
İqtisadçı əlavə edib ki, taksi qiymətinin bahalaşmasının əhalinin əmək haqqına heç bir təsiri olmayacaq.