24 Aprel 2024, 16:53
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb şəkil
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, daxil olan vətəndaş müraciət əsasında agentlik əməkdaşları paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsi 23A ünvanında fəaliyyət göstərən “Kristal plaza Baku” restoranında plandankənar yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi ilə bağlı tələblərə cavab vermədiyi, mətbəx sahəsində sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin olunmadığı və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, restoranın fəaliyyəti məhdudlaşdırılıb.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər