24 Aprel 2024, 17:15
Qəza törədən skuter sürücüləri necə cəzalandırılır? - AÇIQLAMA
Qəza törədən skuter sürücüləri necə cəzalandırılır? - AÇIQLAMA şəkil
Qəza törədən skuter sürücüləri necə cəzalandırılır? - AÇIQLAMA

Paytaxtda velosiped zolaqlarının sayının artırılması ilə skuter istifadəçilərinin sayı artıb. Bir çox ölkələrdə bu nəqliyyat vasitəsi üçün qaydalar dəyişdirilib. Azərbaycanda isə hələ də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməyib. 

“Operativ Media”ya açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, bu nəqliyyat vasitələri üçün yeni qaydaların tətbiqinə ehtiyac var:

“Velosiped zolaqları salındıqdan sonra bu zolaqdan velosiped sürənlərlə yanaşı həm də moped və skuter sürücüləri də istifadə edir. Dünya təcrübəsində bu qaydalar dəyişdirilib. Müxtəlif texniki xüsusiyyətlərə malik olan bu nəqliyyat vasitələri də ölkə qanunvericiliyinə uyğunlaşdırılmalıdır. Yaxşı olar ki, əvvəlki yol hərəkəti qaydalarının bazasında yeni qaydalar tətbiq olunsun. Burada radikal dəyişikliklərə ehtiyac yoxdur. Sadəcə yeniliklər gətirilsin. Yeniliklərdən biri də mikromobillik vasitələrinin və yaxud da fərdi mobillilik vasitələrinin statusu olmalıdır. Yəni bu gün bizim qanunda skuter nədir, hansı növ nəqliyyat vasitəsidir bunun cavabı yoxdur”.

Ekspertin sözlərinə görə, moped və skuter sürücüləri mövcud qanun pozuntusuna yol verərsə, İnzibati Xətalar Məcəlləsində, cinayət hadisəsi baş verərsə, Cinayət Məcəlləsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Lakin, dünya praktikasında hər bir nəqliyyat vasitəsi üçün ayrıca qaydalar tətbiq edilir. Bizdə isə hələki ümumi nəqliyyat vasitələri üçün nəzərdə tutulan qaydalarla tənzimlənir:

 “Moped, skuter və ya velosiped idarə şəxs hansısa bir qaydanı pozarsa, inzibati xətalar məcəlləsinin 338-ci maddəsində ona uyğun məsuliyyət tədbirləri var. Qayda pozuntusu üçün 40 manat cərimə var. Sürücü əgər yol hərəkəti hadisəsi törədirsə, cəriməsi daha çoxdur. Mövcud yol hərəkəti qaydalarına əsasən moped və skuter sürücüləri qaydalara əməl etməli, yolun hərəkət istiqamətinin sağ tərəfində hərəkət etməlidirlər. Onların yolun hərəkət hissəsi ilə idarə edilməsi düzgün deyil. Lakin şəhər infrstrukturunda da skuter, velospiedlərin təhlükəsiz hərəkəti üçün bütün şərait yaradılmayıb”.

Son xəbərlər
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Putin Volqoqradda Belaruslu həmkarı ilə görüşüb
Lavrov: Yaxın Şərqdəki vəziyyətin pisləşməsi xüsusi narahatlıq doğurur
Günəşdə üç güclü partlayış baş verib
İsveçdə atışma olub
ABŞ Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib