http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

25 Aprel 2024 , 09:43
Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Məişət təyinatı olmayan soyuq silahlar insan həyatı və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, belə tədbirlər zamanı kəsici-deşici alətlərin sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satışını təşkil edən 1999-cu il təvəllüdlü Hüseynov Nurəddin, 1986-cı il təvəllüdlü Səfərov Elşən, 1990-cı il təvəllüdlü Əliyev Nihat, 1985-ci il təvəllüdlü Hacıyev Ariz, 1980-ci il təvəllüdlü Rəhimov Vahid və əvvəllər xuliqanlıq əməlinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Hüseynov Anar müəyyən olunaraq saxlanılıblar. 

Onlardan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 400 ədədə yaxın kəsici-deşici alət aşkar olunaraq götürülüb, təbliğatını apardıqları sosial şəbəkə hesablarının fəaliyyəti məhdudlaşdırılıb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir. 


Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri  əməllərindən çəkinməyə çağırır.

OXŞAR XƏBƏRLƏR
“Küləyə qalib gəl” şüarı altında keçiriləcək marafon iştirakçılarının diqqətinə: hava necə olacaq?

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək marafon iştirakçılarının diqqətinə: hava necə olacaq?

Neftçilərə yeni mənzillər təqdim edilib

Neftçilərə yeni mənzillər təqdim edilib

Səbaildə quldurluq edən şəxs saxlanılıb

Səbaildə quldurluq edən şəxs saxlanılıb

XƏBƏR LENTİ
  • 13:20

    “Küləyə qalib gəl” şüarı altında keçiriləcək marafon iştirakçılarının diqqətinə: hava necə olacaq?
  • 13:12

    Neftçilərə yeni mənzillər təqdim edilib
  • 13:02

    Səbaildə quldurluq edən şəxs saxlanılıb
  • 12:59

    Zaxarova: Alyansın keçirdiyi təlimlər NATO-nun Rusiyaya qarşı münaqişə niyyətini göstərir
  • 12:50

    Bazar günü hava necə olacaq?
  • 12:46

    Məşhur əmtəə nişanlarından istifadə edərək saxta yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb
  • 12:43

    Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək
  • 12:40

    Suriyanın şimalında 7 terrorçu zərərsizləşdirilib
Menyu