Menyu

Elm və təhsil naziri qırğız həmkarı ilə görüşüb

Nərmin Qocamanlı
Elm və təhsil naziri qırğız həmkarı ilə görüşüb

Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qırğız Respublikasının təhsil və elm naziri Doqdurkul Kendirbayeva ilə görüşüb. 

Bu barədə "Operativ Media"ya nazirlikdən məlumat  verilib.

Bildirilib ki, görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn tədbirlərin icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. 

Görüşdə həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər