Menyu

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nərmin Qocamanlı
“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barəsində məlumatlılığı artırmaq məqsədilə Ağdaş və Göyçay rayonlarında ictimai dinləmələr təşkil olunacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, eləcə də müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.

İctimai dinləmələr aprelin 26-da saat 13:00-da Ağdaş şəhərində, S.Vurğun adına 1 saylı tam orta məktəbin binasında (Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 123) və həmin gün saat 15:00-da Göyçay şəhərindəki Peşə Hazırlığı Mərkəzində (Göyçay şəhəri, Rəsul Rza küçəsi, 70) keçiriləcək.

Teqlər:

"\u201cM\u0259\u015f\u011fullu\u011fa D\u0259st\u0259k Layih\u0259si\u201d il\u0259 ba\u011fl\u0131 daha iki rayonda ictimai dinl\u0259m\u0259l\u0259r ke\u00e7iril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər