http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

25 Aprel 2024 , 11:52
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində ali məktəbin Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının 60 illik yubileyinə həsr olunmuş “Makromolekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda ikigünlük beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.

"Operativ Media" xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Misir, Malayziya və digər ölkələrdən olan alimlər, mütəxəssislər iştirak edirlər.

Əvvəlcə “Yüksəkmolekullu birləşmələrin tədqiqinə həsr olunmuş 60 il” adlı sənədli film, tələbələrin təşəbbüsü ilə təşkil olunmuş fləşmob nümayiş olunub.

Tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov universitetdə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində bir sıra tədbirlər keçirildiyini qeyd edib. O, ölkəmizdə kimya elmi və sənayesinə mühüm töhfə vermiş Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının 60 illiyinə həsr olunmuş beynəlxalq elmi-texniki konfransa ölkə miqyasında və respublikanın hüdudlarından kənarda böyük maraq göstərilməsindən qürur keçirdiyini bildirib.

V.Əskərov konfransa 170-dək elmi məqalənin və 220-dən artıq tezisin təqdim edildiyini söyləyib və 24 məqalənin “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunacağını vurğulayıb.

Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Elm və Təhsil Nazirliyi akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış ediblər.

Konfrans bölmə iclasları ilə davam edib.

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu