http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

25 Aprel 2024 , 12:17
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü Anar Məcidov saxlanılıb. Onun üzərindən və evindən 5 kiloqramdan artıq marixuana aşkarlanıb. 
A.Məcidov ifadəsində bir müddət əvvəl bağ sahəsində çətənə bitkiləri əkdiyini və onlara xüsusi qulluq edərək şəxsi istifadəsi ilə yanaşı satmaq üçün yetişdirdiyini bildirib.
Qeyd edək ki, A.Məcidov əvvəllər də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu üçün məhkum edilib. 
 
Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı Maştağa qəsəbəsində yerləşən qızıl dükanlarından birindən soyğunçuluq edərək 1000 manat dəyərində üzük və sırğanı talayaraq ələ keçirən əvvəllər məhkum olunmuş Fərhad Hacıyev də saxlanılıb. O, ifadəsində yaşadığı Qaradağ rayonu Sahil qəsəbəsindən Maştağaya soyğunçuluq məqsədi ilə gəldiyini bildirib.
Hər iki faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir. A.Məcidov və F.Hacıyevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.
 

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu