http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Xocalı rayonunda insan qalıqlarının sayı 8-ə çatıb - YENİLƏNİB

25 Aprel 2024 , 17:38
Xocalı rayonunda insan qalıqlarının sayı 8-ə çatıb - YENİLƏNİB

 

Xocalı rayonunun Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumat yayıb.

Xəbər verildiyi kimi, işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) aprel ayının 24-də aparılan bərpa-quruculuq və abadlıq işləri zamanı insan qalıqlarının aşkar olunması faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.
(https://genprosecutor.gov.az/az/post/7563)

Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 2 nəfərə aid sümük fraqmentləri tapılmış və bununla da, aşkar olunan insan qalıqlarının ən azı 8 nəfər şəxsə (biri azyaşlı olmaqla) məxsus olması müəyyən edilmişdir.

Faktla bağlı toplanmış material üzrə zərərçəkmiş şəxslərin şəxsiyyətinin, həmçinin əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilməklə zəruri prosessual hərəkətlər icra edilir.

 

 

***

14:33
 

Aprel ayının 24-də işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insan qalıqlarının aşkar olunması barədə məlumat daxil olmuşdur.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb.

Məlumata görə, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitunun peşəkar mütəxəssis heyəti dərhal əraziyə ezam edilmişdir.  

İlkin araşdırma zamanı məlum olmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunmuşdur.

Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilmişdir.

Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu