http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan sahibkarlarının əsas çətinlikləri nələrdir?

25 Aprel 2024 , 16:18
Azərbaycan sahibkarlarının əsas çətinlikləri nələrdir?

“Coğrafi mövqe, qonşu ölkələrlə problemlərin olması, kredit faizlərinin yüksək olması və bəzi hallarda məhkəmə qərarlarının ədalətsiz olması Azərbaycanda sahibkarlara ciddi çətinlik yaradır”.

Bunu “Operativ Media”ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanda sahibkarların bizneslərini böyütməsinin qarşısını alan ciddi səbəblər var:

“Azərbacanda sahibkarların ən böyük qarşılaşdığı çətinliklərdən biri coğrafi mövqe ilə bağlıdır. Azərbaycan dünya okeanına birbaşa çıxışı olmayan ölkədir. Bu, bizə çox ciddi dezavantaj verir. Ətrafımızdakı qonşularla bağlı problem var. Şimal qonşumuzun öz problemi var, cənub qonşumuz sanksiyalara məruz qalıb. Təsəvvür edin, Azərbaycan Avstriyanın yerində yerləşsəydi və yaxud dünya okeanına çıxışı Fransa, İtaliya kimi bir coğrafiyada yerləşsəydi, bir çox üstünlükləri olardı. Qapalı dövlətlərin iqtisadiyyatları da zəif inkişaf edir. Qonşuları da inkişaf etmiş olmayanda bu inkişaf daha da ləngiyir. Logistik xərclərimiz artır, ölkənin makro iqtisadi vəziyyəti tam olmur. Bununla yanaşı, inhisarçılığın vəziyyəti, ölkədə gəlirli sahələrin bir çoxu monopolistlərin əlində olması da pis vəziyyət yaradır”.

İqtisadçı bildirib ki, bir sıra məqamlar var ki, Azərbaycanı hər hansısa ölkə ilə müqayisə etmək mümkün deyil. Lakin kiçik və orta biznes subyektləri üçün bir sıra üstünlüklər də var:

“Rəqabət məcəlləsi qəbul edilib, amma bilmirik hansı səviyyədə işləyəcək. Rəqabət mühiti arzuolunan səviyyədə deyil. İnzibatçıllıq təkmilləşsə də, biznesə yaxşı şərait yaradılması baxımından inkişaf etdirilməsinə ehtiyac var. Kapitala çıxış üçün sahibkarın əldə etdiyi kreditlərin dəyəri böyükdür. Buna səbəb öllkə ilə bağlı risk çoxdur. Faiz dərəcələri böyükdür və risklər çoxdur. Siz Azərbaycanda kredit götürürsünüz, bu fərq Amerika və başqa ölkələrlə müqayisədə dəfələrlə çoxdur. Onların üstünlükləri artıqdır və  bazarı böyük ölduğundan kreditləri də aşağıdır. Bizdə coğrafi mövqe, logistik imkanlarla yanaşı həm də məhkəmələrin ədalətli qərarları ilə bağlı çoxlu problemlər mövcuddur. Bununla belə, Azərbaycan bəzi sahibkarlar üçün bir hədiyyədir. Ölkəmizdə sahibkarlıq üçün vergilər aşağıdır, sahibkarların bəzi qanunsuzluqlarına göz yumulur. Dövriyyənin gizlədilməsi, vergidən yayınma halları var. Bunları Avropada edə bilməzsiniz, kəskin qanunlar var”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır - Samir Şərifov

Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır - Samir Şərifov

ANAMA İdarə Heyətinin sədri  ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə görüşüb

ANAMA İdarə Heyətinin sədri ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə görüşüb

Türkiyə İsraillə ticarətini tamamilə dayandırıb

Türkiyə İsraillə ticarətini tamamilə dayandırıb

XƏBƏR LENTİ
  • 00:13

    Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
  • Dünən
    23:45

    Gürcüstan Parlamentinin önündə aksiya keçirilir
  • Dünən
    23:38

    İraqın şimalında daha 6 terrorçu zərərsizləşdirilib
  • Dünən
    23:25

    HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib
  • Dünən
    23:15

    Hakan Fidan İshak Dar ilə görüşüb
  • Dünən
    23:01

    Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib
  • Dünən
    22:57

    Moskvanın şimalında bir nəfər insanlara atəş açıb, 2 nəfər yaralanıb
  • Dünən
    22:53

    Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Menyu