Azərbaycana ən çox avtomobil hansı ölkələrdən gətirilir?

Nərmin Qocamanlı
Azərbaycana ən çox avtomobil hansı ölkələrdən gətirilir?

Azərbaycana müxtəlif ölkələrdən avtomobil idxalı həyata keçirilir.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ilin yanvar-fevral aylarında ölkəyə 12023 ədəd minik avtomobili idxal olunub.

Bəs Azərbaycana ən çox avtomobil hansı ölkələrdən gətirilir və qiymətləri nə qədər olur?

Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev "Operativ Media"ya açıqlamasında bildirib ki, hazırda ən ucuz yeni avtomobillər Çin və qonşu Rusiya istehsalı olanlardır.

"Sözsüz ki, indi qonşu Rusiyadan avtomobillər müharibəyə görə məhdudlaşıb, demək olar ki, yoxdur. Amma ikinci əl avtomobillər daha çox Yaponiyadan, Koreyadan gətirilənlərdir. Eləcə də Amerikanın özündən Azərbaycana avtomobil idxalı həyata keçirilir. Amma son zamanlar biz müşahidə edirik ki, Koreya və Yaponiyadan olanlar daha çox üstünlük təşkil edir. Yaponiyadan gələn avtomobillərin qiyməti 13 min, Çindən gələn avtomobillərin qiyməti isə 20 min manatdan başlayır”.

Digər xəbərlər