Menyu

Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat götürülüb

Nərmin Qocamanlı
Vətəndaşlardan qanunsuz saxlanılan silah-sursat götürülüb
1 dəq oxu

Aprelin 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 5 tüfəng, 2 patron darağı və 60 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng də aşkar edilərək götürülüb.

Əlaqəli Xəbərlər