Menyu

Mustafa Abbasbəyli: "Ən yaxşı işə götürən olmağa çalışmaq lazımdır"

Nərmin Qocamanlı
Mustafa Abbasbəyli: "Ən yaxşı işə götürən olmağa çalışmaq lazımdır"

"İnsan resurslarının əsas missiyası qurum daxili mədəniyyəti formalaşdırmaqdır, qurum daxili motivasiyanın yaradıcı olmaqdır". 

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli "Milli İnsan Resursları" formunda deyib.

O qeyd edib ki, insan resursları qurum daxilində mədəniyyət qurucusudur:

"Biz başa düşməliyik ki, artıq əvvəlki dövr deyil. İnsan resursları əməkdaşın məzuniyyətini, stajını hesablayan, ona ezamiyyət əmri verən bir struktur olmalı deyil. Artıq insan resurslarının əsas missiyası qurum daxili mədəniyyəti formalaşdırmaqdır, qurum daxili motivasiyanın yaradıcı olmaqdır. Biz başa düşürük ki, istənilən qurum öz məhsulunun ən yaxşı brendi ola bilər. Amma bu ən yaxşı işəgötürən brendi demək deyil. Buna görə də HR-lar olaraq qarşımızdakı ən böyük vəzifələrdən biri ən yaxşı işəgötürən brendini formalaşdırmaq olmalıdır ki, növbəti əmək bazarına öz heyətimizi qoruyub saxlaya, inkişaf etdirə bilək və onun kənara getməsinin qarşısını ala bilək".

 

Teqlər:

"Mustafa Abbasb\u0259yli: \"\u018fn yax\u015f\u0131 i\u015f\u0259 g\u00f6t\u00fcr\u0259n olma\u011fa \u00e7al\u0131\u015fmaq laz\u0131md\u0131r\""

Əlaqəli Xəbərlər