http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

26 Aprel 2024 , 10:57
FHN Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Beynəlxalq Hava Limanında fövqəladə hallarla mübarizənin təşkili mövzusunda təlim keçirilib.

"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, təlimə FHN-in müvafiq yerli qurumları, Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Nəqliyyatda Baş Polis İdarəsinin Lənkəran Beynəlxalq Hava Limanı üzrə bölməsi və Lənkəran Beynəlxalq Hava Limanının qüvvə və vasitələri cəlb olunub.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, təxliyə barədə danışılıb, suallar cavablandırılıb.

Daha sonra təlimin praktiki hissəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan hava limanı ərazisində şərti yanğın barədə məlumat əsasında obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə personalın “təhlükəli ərazidən” təxliyə edilməsi, “onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi”, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

Uğurla həyata keçirilən təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.

OXŞAR XƏBƏRLƏR
ABŞ səfiri Füzulidə müəllimlərlə görüşüb

ABŞ səfiri Füzulidə müəllimlərlə görüşüb

Bakı metrosunda qatarlardan birində nasazlıq yaranıb

Bakı metrosunda qatarlardan birində nasazlıq yaranıb

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

XƏBƏR LENTİ
  • 21:11

    Si Cinpin Makronu Çinə səfərə dəvət edib
  • 20:57

    Azərbaycan PL: "Qəbələ" "Səbail"i məğlub etdi
  • 20:56

    Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə edilib
    Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə edilib
  • 20:42

    Rusiya səfiri kiberhücumlarla bağlı Çexiya XİN-ə çağırılıb
  • 20:28

    Litva prezidenti İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak edəcək
  • 20:13

    Azərbaycanla Özbəkistan arasında icbari tibbi sığorta sahəsində əməkdaşlıq memorandumu imzalanıb
  • 20:01

    Lukaşenko Putinin andiçmə mərasimində iştirak etməyəcək?
    Lukaşenko Putinin andiçmə mərasimində iştirak etməyəcək?
  • 19:46

    Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək
Menyu