Menyu

Masallının bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Nərmin Qocamanlı
Masallının bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
1 dəq oxu

Bu gün axşam saatlarınadək Masallının bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə "Operativ Media"ya “Azərişıq” ASC-dən bildirilib ki, “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110 /35/10 kV-luq “Masallı” yarımstansiyasından qidalanan 35 kV-luq Əminli hava xətti təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Bununla əlaqədar bugün saat 14:00-dan saat 17:00-dək rayon ərazisinin bir sıra hissələrində, Seybətin, Xırmandalı, Əminli, Kürdxanlı, Dəlləkli, Qarğalıq kəndlərində enerji verilişində fasilələr yaranacaq.

Bütün işlər yekunlaşdıqdan sonra elektrik enerjisinin verilişi tam təmin ediləcək.

Əlaqəli Xəbərlər