Menyu

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
1 dəq oxu

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli mayın 6-sı saat 10:00-da Quba şəhər Heydər Əliyev Mərkəzində (Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən"Operativ Media"ya bildirilib ki, vətəndaşlar mayın 2-dək Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin quba-khachmaz@culture.gov.az elektron poçt ünvanı ilə qeydiyyatdan keçə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin (023) 325-22-73 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

Əlaqəli Xəbərlər