http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

26 Aprel 2024 , 16:28
Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin may ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 3-ü saat 10:00-da Ucar Gənclər Mərkəzində Ucar, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Agentlikdən "Operativ Media"ya verilən məlumata görə, vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq mayın 2-dək qəbula yazıla bilərlər.

Eyni zamanda Agentliyin region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
ABŞ səfiri Füzulidə müəllimlərlə görüşüb

ABŞ səfiri Füzulidə müəllimlərlə görüşüb

Bakı metrosunda qatarlardan birində nasazlıq yaranıb

Bakı metrosunda qatarlardan birində nasazlıq yaranıb

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

XƏBƏR LENTİ
  • 06:08

    Britaniya Müdafiə Nazirliyinin serverlərinə haker hücumu olub
  • 05:48

    Rusiyada 4,6 maqnitudalı zəlzələ olub
  • Dünən
    23:51

    Muxtar Babayev Aleksey Overçukla COP29-a hazırlığı müzakirə edib
    Muxtar Babayev Aleksey Overçukla COP29-a hazırlığı müzakirə edib
  • Dünən
    23:26

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
  • Dünən
    23:21

    "Fənərbağça" çempionluq yolunda vacib xal itirdi
  • Dünən
    23:08

    ABŞ Ukraynaya qoşun yeritmək niyyətində deyil
  • Dünən
    22:53

    Lukaşenko Putinlə hərbi-siyasi məsələləri müzakirə edəcək
  • Dünən
    22:39

    Makron: Fransa Çinin Rusiya ilə uzunmüddətli münasibətlərinə hörmət edir
Menyu