Menyu

Biləsuvarda ərzaq mağazasının anbarında yanğın olub

Nərmin Qocamanlı
Biləsuvarda ərzaq mağazasının anbarında yanğın olub
1 dəq oxu

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb.

Bu barədə “Operativ Media”ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. 

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlaqəli Xəbərlər