Menyu

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Nərmin Qocamanlı
Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Aprelin 28-də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Sadiq Əhmədovun üzərində kəsilmiş-deşilmiş xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Xəzər rayon prokurorluğu məlumat yayıb.

Məlumata görə, araşdırmalarla 1954-cü il təvəllüdlü, əvvəllər məhkum edilmiş Vaqif Dadaşovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sadiq Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Vaqif Dadaşov hadisədən bir qədər sonra ürəktutmadan vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. 

İbtidai istintaq davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər