29 Aprel 2024, 13:59
Apartment tipli binalardakı mənzillərə "kupça" niyə verilmir?
Apartment tipli binalardakı mənzillərə "kupça" niyə verilmir? şəkil
Apartment tipli binalardakı mənzillərə "kupça" niyə verilmir?

Bakıda bəzi yeni tikilən binaların sakinləri "kupça" problemi yaşayır. Söhbət apartment tipli binalarda mənzil sahibi olanlardan gedir. 

Bəs belə binalara "kupça" hansı hallarda verilir?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Operativ Media"ya açıqlamasında deyib ki, adətən apartment tipli binaların çıxarışları olmur:

"Apartment tipli binalar Bakıda az sayda olsa da, daha çox Xırdalan, Masazır, Abşeron ərazisindədir və onların böyük əksəriyyətinin çıxarışı olmur. Çünki o binalar tikiləndə onların sənədləşməsi fərdi həyət evi üzərindən gedir. Yəni onu tikən şəxslər fərdi həyət evi kimi təxminən hündürlüyü 12 metrə qədər olan bir tikili üçün sənədləşdirib icazə alırlar. Daha sonra isə həmin tikintini daha böyük, 4, 5, bəzən 6 mərtəbəyə qədər qaldırırlar".

Ekspertin sözlərinə görə, qanunvericiliyə əsasən, artıq bu mənzillərə çıxarışın verilməsi mümkünsüzdür:

"Çünki binalar neçə mərtəbəli tikilirsə, onun eskiz layihəsi çəkilməlidir. Eskiz layihədə onun kolonlarının ölçüsü, bünövrəsi, orada işlənən tikinti materiallarının hər biri ilə bağlı məlumat olmalıdır və tikildikdən sonra çıxarış alınması mümkündür. Çünki fərdi həyət evinə icazə alıb çoxmənzilli bina tikdikdə isə artıq orada istifadə olunan tikinti materialları, onun bünövrəsini, özünün dərinliyi, kolonlarının ölçüsü, armaturların sayı tikinti altında qaldığına görə görünmür. Bu baxımdan onlara çıxarışların verilməsi qanun tərəfindən mümkünsüzdür. Hansısa formada amnistiya tətbiq olunarsa, təbii ki, o halda onlara çıxarışın alınması mümkün ola bilər. Yaxud əgər torpağın sənədləri qaydasındadırsa, yeni layihə çəkdirib, onun əsasında orada hansısa monitorinqlərin aparılması mümkündür. Monitorinqlərdən sonra əgər tikintinin dayanıqlığı qaydasındadırsa, o halda çıxarışların verilməsi ehtimalı ola bilər".

E.Fərzəliyev qeyd edib ki, belə bir halda vətəndaşlar məhkəmə qaydasına müraciət edərək öz hüquqlarını bərpa edə bilərlər. Burada birmənalı olaraq günahkar tərəf fərdi həyət evi adıyla çoxmənzilli bina tikən şəxsdir. Çünki oradan mənzil olan vətəndaşların mülkiyyət hüquqları pozulur, öz evlərinə çıxarış ala bilmirlər.

Sevinc İbrahimzadə

 

Son xəbərlər
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35