http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Avtomobil idarə edərkən hansı növ geyimlərdən istifadə məsləhət görülmür?

29 Aprel 2024 , 16:47
Avtomobil idarə edərkən hansı növ geyimlərdən istifadə məsləhət görülmür?

Avtomobil idarə edərkən qanunlarda olmayan, lakin təhlükəsizlik tədbiri olaraq əməl edilməli bəzi məqamlara diqqət yetirilməlidir. Bunlardan biri də sükan arxasında olan sürücünün istifadə etdiyi geyim aksesuarlarıdır. Mütəxəssislərin fikrincə, bəzi qəza şəraitlərinin yaranmasına təkan verən məhz sürücünün düzgün seçmədiyi əşyalar ola bilər.

Bəs sürücülərə hansı növ geyimləri geyinmək məsləhət görülmür?

Mövzu ilə əlaqədar yol hərəkəti təhlükəsizliyi mütəxəssisi, sürücülük təlimçisi Arzu Kürsüm Babazadə "Operativ Media"ya açıqlamasında deyib ki, ilk növbədə doğru ayaq geyimi çox önəmlidir:

"Ayaqyalın avtomobil idarə etmək olmaz. Yay başmaqlarıyla avtomobil idarə olunursa, önü iki barmaqdan artıq açıq və yaxud arxası tamamən açıq heç bir bağcıqla sabitlənməmiş ayaqqabılarla avtomobil sürmək çox təhlükəlidir. Çünki ayaqqabı ayaqdan girib pedalın altında qala bilər və əyləcə basmaq olmaz və yaxud qaz lazımdırsa, qaza basa bilməz. Bəzən olur ki, sürəti azaltmaq üçün ayağı qazdan çəkmək istəyəndə pedal yay başmağı tərzi ayaqqabı ilə ayağın arasına girə bilir. İllər öncə Bakı-Quba yolunda baş verən qəzada xanım sürücü qazı azalda bilməmişdi və avtomobil dəmir baryerlərin üstünə uçmuşdu".

Mütəxəssis bildirib ki, ayaqqabı məsələsində təlimlər zamanı da xeyli problemlər yaşanır:

"Bəzən heç təlimçi özü düzgün ayaqqabıdan istifadə etmir. Bu o deməkdir ki, təlimçi özü də belə nüansların doğurduğu risklərdən bixəbərdir. Lakin bəzi hallarda əksinə olur, təlimçi özü düzgün geyimlərdən istifadə etsə də, tələbə ona qarşı çıxır və etiraz edir. Bu halda təlimçi özü də avtomobil idarəsi zamanı stress yaşayır. Nəzərə almaq lazımdır ki, təlimçilərin ayaqlarının altında yalnız əyləc var, qaz yoxdur. Belə olduqda həm tələbənin, həm də təlimçinin həyat şəraiti üçün risk yarana bilər. Buna görə tələbələrdən xahiş olunur ki, təlimçilərin sözlərini dinləsinlər".

Ekspertin sözlərinə görə, insanın ruh halı, psixoloji vəziyyəti də onun sürüş tərzinə təsir edə bilir:

"Buna görə görə də yuxusunu normal almayan sürücü 23:00 - 06:00 aralığında avtomobil idarə edərsə, qəza etmə riski yüksək ola bilər. Uzaq yola çıxdıqda hər iki saatdan bir 15 dəqiqəlik fasilə vermək lazımdır. Həmçinin bəzi dərman vasitələrini qəbul edərkən onların istifadə təlimatları ilə mütləq tanış olmaq lazımdır. Çünki burada nəqliyyat vasitələrinin istifadəsi zamanı təsiri barədə məlumat qeyd olunur.  Əgər nəqliyyat vasitəsinin istifadəsi zamanı heç bir əks təsiri olmayacaqsa, sürücü o dərmanı qəbul edib sükan arxasına əyləşə bilər". 

Sevinc İbrahimzadə

 

OXŞAR XƏBƏRLƏR
Yataqxana tipli binalar nə vaxt və hansı şərtlərlə söküləcək? 

Yataqxana tipli binalar nə vaxt və hansı şərtlərlə söküləcək? 

Anar Məmmədlinin bir sıra təşkilatlardan 1 milyondan çox vəsait almasına dair məlumatlar yayılıb

Anar Məmmədlinin bir sıra təşkilatlardan 1 milyondan çox vəsait almasına dair məlumatlar yayılıb

Uşaq qidaları niyə kəskin bahalaşıb?

Uşaq qidaları niyə kəskin bahalaşıb?

XƏBƏR LENTİ
  • 20:46

    Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
    Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
  • 20:40

    Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
  • 20:37

    Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
  • 20:34

    Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
  • 20:32

    Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
  • 20:30

    Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var
  • 20:24

    İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
  • 20:18

    İtaliyada dövlət qurumlarından Aİ bayrağının götürülməsi təklif edilib
Menyu