http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb

30 Aprel 2024 , 06:38
Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb

Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.

"Operativ Media" xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə isə 2 ailə - 4 nəfər köçürülür.

Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarındakı 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Beləliklə, bugünkü (30.04.2024-cü il) köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 493 ailə (1 838 nəfər), Laçın rayonunun Zabux kəndinə cəmi 217 ailə (823 nəfər) köçürülüb

OXŞAR XƏBƏRLƏR
Azərbaycana Gürcüstandan avtomobil idxalı niyə kəskin azalıb?

Azərbaycana Gürcüstandan avtomobil idxalı niyə kəskin azalıb?

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib - YENİLƏNİB

Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib

Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib

XƏBƏR LENTİ
  • Dünən
    23:27

    İran helikopteri axtarmaq üçün Türkiyənin Akıncı PUA-dan istifadə edib
  • Dünən
    23:04

    Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
  • Dünən
    22:57

    Kiyev: Qərb Ukraynanı dəstəkləmək qərarlarında bir il gecikib
  • Dünən
    22:43

    ABŞ İrana qarşı tam sanksiyaları davam etdirəcək
  • Dünən
    22:28

    Muxtar Babayev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri arasında görüş olub
  • Dünən
    22:24

    İranda növbədənkənar prezident seçkiləri bu tarixdə keçiriləcək
  • Dünən
    22:16

    Türkiyədə İran Prezidentinin ölümü ilə bağlı matəm elan olunub
  • Dünən
    22:11

    Şəmkirdə qaz təchizatında fasilə olacaq
Menyu