http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Gəncədə qanunsuz küçə ticarəti və antisanitariya ilə bağlı monitorinqlər keçirilib - FOTO

30 Aprel 2024 , 08:00
Gəncədə qanunsuz küçə ticarəti və antisanitariya ilə bağlı monitorinqlər keçirilib - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıblar.

Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar. Baş İdarə əməkdaşları tərəfindən qanunsuz küçə ticarəti ilə məşğul olan və qanunsuz reklam lövhələri yerləşdirən şəxslər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bundan başqa monitorinq zamanı şəhər ərazisində fəaliyyət göstərən bir neçə avtoyuma məntəqəsində çirkab suların yola axıdılması və bir neçə mağazanın yanında məişət tullantılarının qalaqlanması nəticəsində antisanitar vəziyyətin hökm sürməsi məlum olub.

Həmin obyekt sahibləri ilə profilaktiki söhbət aparılıb və barələrinə qanuna müvafiq tədbir görülüb

OXŞAR XƏBƏRLƏR
Ötən gün 18,4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Ötən gün 18,4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Elm və təhsil naziri Dünya Təhsil Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib

Elm və təhsil naziri Dünya Təhsil Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib

FHN Şirvanda bəzi attraksionların istismarını dayandırıb

FHN Şirvanda bəzi attraksionların istismarını dayandırıb

XƏBƏR LENTİ
  • 10:13

    Ötən gün 18,4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • 10:11

    Elm və təhsil naziri Dünya Təhsil Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib
  • 10:09

    FHN Şirvanda bəzi attraksionların istismarını dayandırıb
  • 10:09

    "Qarabağ" ÇL-nin 3-cü təsnifat mərhələsində səpələnmişlər sırasında olacaq
  • 10:01

    “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub - VİDEO
  • 09:54

    Şri-Lanka Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq istəyini açıqlayıb
  • 09:52

    Ötən gün axtarışda olan 93 nəfər saxlanılıb
  • 09:50

    KİV: Aİ Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı danışıqlara başlamaq niyyətindədir
Menyu