http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

30 Aprel 2024 , 09:56
Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri bəlli oldu!

“Yeni Dəyər Zənciri” konsepti ilə 13 may 2024-ci il tarixində Gülüstan sarayıda 600 nəfərin iştirakı ilə baş tutacaq Təchizat Zənciri Liderləri Zirvəsinin spikerləri məlum olub.

“Facemark” və “Admedia” şirkətlərinin təşkilatçılığı, “Azərsun Holdinq”in Baş Sponsorluğu, “Roof Academic Training”in Platinum Sponsorluğu, “Araz Supermarketlər şəbəkəsi”nin Gold Sponsorluğu və “Qardaşlar Mebel”, “Bank of Baku”“Box Indstruies of Azerbaijan”, “Leqo Group”, “Başkent” restoranlar şəbəkəsinin sponsorluğu ilə 600 nəfərə qədər şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq zirvə ölkəmizdə satınalma və təchizat sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

3 moderator və 15 spiker “Yeni Dəyər Zənciri” konsepti ilə "Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq", " Təchizat Zəncirinin Strateji İdarəedilməsi", "Təchizat Zənciri: Gələcəyin Dizaynı " panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə edəcəklər.

"Veyseloglu Şirkətlər Qrupu" Mərkəzi Təchizat Direktoru Fərid Qurbanovun moderator olduğu Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq panelində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Sektor Müdiri Elvin Mədətov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Texniki təminat şöbəsinin müdiri Nəsib Orucov, MİDA-nın direktor müşaviri Zahid Əliyev, Daxili İşlər Nazirliyinin Maddi - Texniki Təminat Baş İdarəsinin şöbə rəisi Rahid Ələbərova öz təcrübələrini bölüşəcəklər.

"Huner Group"un Təsisçi və Baş direktoru Ehtiram Quliyevim moderator olduğu "Təchizat Zəncirinin Strateji İdarəedilməsi" panelində "Azərsun Holdinq"in İdarə Heyətinin Üzvü Savaş Uzan, "Veyseloglu Şirkətlət Qrupu"nun Təsisçi və Baş Direktoru Aydın Talıbov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnkişaf mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov və Demirören Holding Groups-un CEO-su diqqət edilməli mövzulara toxunacaq.

Böyük Britaniyanın "The Chartered Institute of Procurement & Supply" (CIPS) və "The Chartered Institute of Logistics and Transport" (CILT) İnstitutlarının Azərbaycandakı Rəsmi Nümayəndəsi, Proqram Rəhbəri və Eksperti, Pro Log şirkətinin Rəhbəri, Layihə Konsultantı Sahilə Həmidovanın moderator olduğu "Təchizat Zənciri: Gələcəyin Dizaynıpanelində Satınalma üzrə Qrup Rəhbəri, İqtisad Elmləri üzrə Fəlsəfə Doktoru Natiq Qaraxanov, "Baku City Residences"in Layihə üzrə Baş İcraçı Direktoru Vüqar Abbasov, BP Logistika və Təzchizat Zənciri üzrə Texniki Mühəndis və Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyası Təchizat Zənciri və Logistika fənni üzrə Ekspert Müəllim Anar Ağayev, SOCAR-ın Əməliyyat Satınalması və Təchizat Departamentinin Rəis Müavini Elçin Musayev və "LV Logistics Limited"in Regional Director-u Fuad Məmmədovun spikerliyi ilə baş tutacaq.

Təchizat liderləri zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (https://sclforum.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/profile.php?id=61556576487637
İnstaqram: https://www.instagram.com/sclforum/
Linkedln: https://www.linkedin.com/company/t%C9%99chizat-z%C9%99nciri-liderl%C9%99ri-forumu/?viewAsMember=true  

OXŞAR XƏBƏRLƏR
Axtarışda olan qadın saxlanılıb

Axtarışda olan qadın saxlanılıb

AzTV auditor seçir

AzTV auditor seçir

Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb

Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb

XƏBƏR LENTİ
  • Dünən
    23:14

    Ramil Şeydayevli "Kocaelispor" Super Liqa şansını itirdi
  • Dünən
    23:03

    Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir
  • Dünən
    22:48

    Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
  • Dünən
    22:36

    Roma Papası gələn il Türkiyəyə səfər edə bilər
  • Dünən
    22:22

    Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB
  • Dünən
    22:14

    Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb
  • Dünən
    21:59

    Mask: ABŞ İran, Çin, Şimali Koreyanın Rusiyanın ətrafında birləşməsinə səbəb olur
  • Dünən
    21:44

    Nigeriyada məsciddə partlayış olub, 11 nəfər həyatını itirib
Menyu