http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Avtomobil ustası: "Suda qalan avtomobillər ucuz olsa da, xərci çox olur"

30 Aprel 2024 , 13:58
Avtomobil ustası: "Suda qalan avtomobillər ucuz olsa da, xərci çox olur"

“Son zamanlar ölkəyə gətirilən avtomobillərin arasında suda qalmış maşınların sayı artıb. Bu avtomobillərin detalları çürüyür, alt işlək hissələri pas atır, elektrik sistemi, demək olar ki, istifadəyə yararsız olur”.

Bunu “Operativ Media”ya açıqlamasında avtomobil ustası Dəniz Ağabəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanın əsas avtomobil idxal etdiyi ölkələr Amerika, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya və Yaponiyadır. Bu ölkələrin hər birində sel tez-tez olduğundan avtomobillərin suda qalma ehtimalı böyükdür. Bəzi işbazlar bu maşınlar ucuz başa gəldiyi üçün satış məqsədilə alırlar:

“Bu cür problemlərə adətən Amerika bazarlarından idxal edilən 2-ci əl nəqliyyat vasitələrində rast gəlinir. Onlayn sifarişlər zamanı belə halları müəyyən etmək mümkün deyil. Bunun üçün nəqliyyat vasitəsi ölkəyə gətirilməzdən öncə yerində yoxlanılmalıdır. Avtomobil Azərbaycana gələrsə, biz burada yoxlaya bilərik. Müəyyən etmək olur ki, avtomobil su altında qalıb, ya qalmayıb. Amma bizə maraqlıdır ki, həmin avtomobil orada yoxlanılsın. Bunun üçün də avtomobili gətirdiyimiz şirkətə inanıb, güvənməliyik. Belə avtomobillər dəniz suyunun içərisində qaldığna görə bir müddət sonra paslanmalar, çürümələr, naqillərində birləşmələr olur. Bu avtomobillər ucuz qiymətə də olsa, biz ustalar məsləhət görmürük ki, sürücülərimiz alıb Azərbaycana gətirsinlər”.

Dəniz Ağabəyli bildirib ki, uzun müddət su altında qalan avtomobillərin əsaslı təmiri mümkün olmur. Həmçinin belə nəqliyyat vasitələrini idarə etmək də təhlükəlidir:

“Ən böyük problem elektronika ilə bağlı olur. Avtomobil işə düşmür. Tədricən qısaqapanmlar olur və təmir olunmayan problemlər yaranır. Avtomobilin salon hissəsində, sürətlər panelinin altında olan naqillər dəyişilməyən, satılmayan bir şeydir. Əgər onlarla bağlı bir poblem olsa, bunu nə etmək olar? Uzağı, üzərini nə iləsə örtmək olar. Başqa cür yeni detal yoxdur ki, alasan. 2-ci əl ehtiyyat hissələri də hamısı kodlaşma olduğu üçün tapmaq çətindir. Biz müşahidə edirik ki, alıcılar ucuz başa gəldiyi üçün su altında qalan nəqliyyat vasirtələrini sifariş edirlər. Sonradan isə təmirə daha çox vəsait xərcləmək məcburiyyətində qalırlar”.

OXŞAR XƏBƏRLƏR
Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • 12:19

    Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
  • 12:16

    Sabah hava necə olacaq?
  • 12:11

    Türkiyənin modernləşdirdiyi "Laçın" qırıcısı Azərbaycana təhvil verilib
  • 12:10

    Azərbaycanın daha bir cüdoçusu DÇ-də mübarizəyə başlayır
  • 11:53

    “Finca Azerbaijan” və onun vəzifəli şəxsi cərimələnib
  • 11:40

    “AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub
  • 11:32

    Bu gün Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirililir
  • 11:28

    Qazaxıstan millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Menyu