01 May 2024, 17:44
Bu il Antalya istiqamətinə turpaketlər kəskin bahalaşıb
Bu il Antalya istiqamətinə turpaketlər kəskin bahalaşıb şəkil
Bu il Antalya istiqamətinə turpaketlər kəskin bahalaşıb

"Antalya istiqamətində endirimlər hal-hazırda müşahidə olunmur, əksinə qiymətlər dəhşətli dərəcədə bahalaşıb".

Bunu "Operativ Media"ya açıqlamasında turizm üzrə ekspert Elgün Babayev deyib. 

Ekspertin sözlərinə görə, biletlərlə yanaşı, otellərin qiymətində də artım müşahidə edilir:

"Təkcə iyun ayına 1 gediş üçün olan aviabiletlər 500 manat üzərindədir. Bu isə o deməkdir ki, sezon qiymətləri çox yüksək olacaq. Otellər də həmçinin qiymətləri qaldırıblar. 1 həftəlik, 3 dəfə qidalanma daxil, 4 ulduzlu otelin qiymətinə iyun ayı üçün baxsaq, 1300 dollar olduğunu görərik. Bunu iyul ayı üçün də yoxlasaq, qiymətin 1300 dollar, yəni eyni olduğun görərik. 5 ulduzlu otellərin 2 nəfər üçün olan qiyməti isə 1800 dollardan başlayır. Təklif edilən paketlərə hər şey daxildir, insanlar əlavə heç bir ödəniş etmir. Ötən illə müqayisədə qiymətlər 15-20% bahalaşıb, yəni 5 ulduzlu otellərin qiyməti 1500-1600 dollar idisə, indi bu qiymətə tapmaq mümkün deyil".

Son xəbərlər
Makron Pezeşkianla telefonla danışıb
Dəməşq terrorçusunun kimliyi açıqlanıb
Suriyada kilsədə partlayış olub
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib