
24 iyun
ABŞ Prezidenti: İsrail–İran müharibəsi 24 saat içində başa çatacaq
İran XİN başçısı hərbi əməliyyatların dayandırıldığına işarə edib
İsrail Hərbi Hava Qüvvələri İrandan atılan raketləri ələ keçirib
İsrail ordusu İrandan növbəti dəfə raket atdığını bildirib
İran raketinin Beer Şevadakı binaya düşməsi nəticəsində bir neçə nəfər yaralanıb
İran raketinin İsrailin cənubundakı binaya düşməsi nəticəsində üç nəfər ölüb
İranla İsrail arasında atəşkəs elan olunub
Tramp: İsrail və İran arasında müharibə sona çatıb
Əraqçi: İsrail hücum etməsə, biz də hücum etməyəcəyik
Tramp: İran-İsrail arasında atəşkəs qüvvəyə minib, xahiş edirəm onu pozmayın
İsrail sakinlərə təhlükəsizlik təhdidinin davam edəcəyi barədə xəbərdarlıq edib
İran Təhlükəsizlik Şurası İsraillə atəşkəsi təsdiqləyib
İsrail: İran atəşkəs rejimini pozub
İsrailin hücumları nəticəsində İranda 606 nəfər həyatını itirib
***
23 iyun
İsrail Tehrana hava zərbələri endirib
ABŞ: İrana hava hücumu İsraili qorumaq məqsədi daşıyır
Netanyahu: Məqsədlərimizə çatana qədər hücumları dayandırmayacağıq
İsrail İranda altı aerodroma hücum edib
İsrail KİV: İran İsrailə növbəti dəfə hücum edib
Təbriz səmasında İsrailin pilotsuz təyyarəsi vurulub
İran İsrailin 130-dan çox PUA-sını məhv edib
Ağ Ev: ABŞ-nin İrana zərbələri nüvə münaqişəsinin qarşısını aldı
İran Qətərdəki ABŞ bazasına raket zərbələri endirib
Qətər MN: HHM sistemləri raket hücumunu uğurla dəf edib
Netanyahu təhlükəsizlik kabinetinin iclasını keçirəcək
***
22 iyun
Tramp ABŞ HHQ-nin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb
İran Fordo nüvə obyektinin hücuma məruz qaldığını təsdiqləyib
İran: ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub
İsrail İranın qərbində hərbi obyektlərə hücumlara başlayıb
İran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasını çağırıb
İrandan İsrailə 27 ballistik raket atılıb
Pit Heqset: İran hücumu uzunmüddətli hazırlıq ilə planlaşdırılıb
Azəraycan XİN ABŞ-nin əməliyyatları fonunda bölgədəki gərginlikdən narahatlığını bəyan edib.
İran hava məkanının bağlı qalma müddətini uzadıb
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
***
21 iyun
İsrail İranın hərbi infrastrukturlarına zərbələr endirib
Aİ: İran və İsrail arasındakı gərginlikdən narahatıq
İsrail Qum şəhərində mülki binaya hücum edib
İsrailin İrana hücumları nəticəsində ölənlərin sayı 430-a çatıb
***
20 iyun
Qrossi: İsrail hücumlara başlayanda İran nüvə bombası hazırlamırdı
İranda internet aktivliyi minimuma enib
İran ölkənin şimalında İsrailə məxsus pilotsuz təyyarəni vurub
WSJ: Yüksək xərclər İsrailin İranla uzun sürən münaqişənin qarşısını ala bilər
İran İsrailə raket zərbəsi endirib
İsrailin 60-dan çox qırıcı təyyarəsi Tehranda onlarla hərbi obyektə hücum edib
İran hava məkanının bağlı qalma müddəti uzadılıb
***
19 iyun
ABC: ABŞ İranın Fordo nüvə obyektinə çoxsaylı zərbələr endirə bilər
İran beynəlxalq və daxili reyslərə qadağanın vaxtını uzadıb
İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib
Bloomberg: ABŞ Yaxın Günlərdə İranı vurmağa hazırlaşır
İranda İsrail üçün PUA hazırlayan mühəndislər saxlanılıb
KİV: Tramp gizli şəkildə İrana hücum planlarını təsdiqləyib
İrandan İsrailə doğru 20-yə yaxın raket atılıb
İran İsrailə yeni raket zərbəsi endirib
İranın İsrailə hücumu nəticəsində 65-dən çox insan yaralanıb
ABŞ: İsrailin İrana hücumları nəticəsində azı 639 nəfər ölüb
İranın İsrailə hücumları nəticəsində yaralananların sayı 838-ə çatıb
Rusiya İsraili İranın nüvə obyektlərinə hücumları dərhal dayandırmağa çağırır
***
18 iyun
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
KİV: ABŞ 24-48 saat ərzində İranla hərbi əməliyyata girə bilər
İranın raket zərbələrindən müdafiə İsrailə 287 milyon dollara başa gəldi
Xameneyi İsraillə münaqişənin yeni mərhələsini elan etdi
Xamenei: Biz heç vaxt sionistlərlə danışıqlar aparmayacağıq
İran İsrailə indiyədək 400 ballistik raket atıb
İsrail indiyədək İranın 21 əyalətinə hücum edib
Xamenei: İran möhkəm dayanacaq və təslim olmaq niyyətində deyil
İsrailin İranın hücumlarına qarşı raketdən müdafiə vasitələri tükənmək üzrədir
İran qonşu ölkələri İsrailə öz ərazilərindən istifadə etməyə icazə verməməyə çağırır
İsrail Tehrana yenidən hücumlar təşkil edib
***
17 iyun
ABŞ İrana nüvə razılaşması və atəşkəslə bağlı danışıqları təklif edib
İsrailin İranın dövlət televiziyasının ofisinə hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb
İran İsrailə yeni raket hücumu təşkil edib
İsrail daha bir İran generalını öldürüb
KİV: İran sahillərində üç gəmi yanıb
İsrail 30-a yaxın İran pilotsuz təyyarəsini ələ keçirdiyini bildirib
İsrailin İranın Kaşan şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 3 nəfər ölüb
İran Təl-Əviv yaxınlığındakı "Mossad"ın qərargahını vurub
İran İsrailə yeni silahlarla hücum etdiyini açıqlayıb
Azərbaycan İsrail rəhbərliyinə mesaj göndərib
İran Müdafiə Nazirliyi: İsrail Tehranla uzunmüddətli müharibəyə dözə bilməz
İsrail KİV: İranın qərbinə yeni hava hücumları təşkil edilib
İsrailin müdafiə naziri Ayətullah Xameneini hərbi cinayətlərdə ittiham edib
İranın İsrailə hücumu nəticəsində 24 nəfər ölüb
İsrail İranın hücumları nəticəsində dəymiş ziyana görə 19 minə yaxın iddia qaldırıb
Rusiya İran-İsrail münaqişəsində vasitəçilik etməyə hazır olduğunu bəyan edib
ABŞ gəmiləri İran raketlərinə qarşı müdafiə üçün istifadə edilir
***
16 iyun
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
41 nəfər Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
BMT İsrail və İran arasında hücumları dayandırmaq üçün təcili diplomatik danışıqlara çağırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
İsrail Tehranda bir sıra strateji əhəmiyyət daşıyan hədəfləri vurub
İsrailin dörd F-35 qırıcısı məhv edilib
Tramp: İran bu müharibədə qalib gəlməyəcək
***
15 iyun
İran XİN: İsrail hücumları dayandırsa, biz də dayandıracağıq
Pezeşkian: Təxribatlar davam edərsə, daha sarsıdıcı cavablar veriləcək
İsrailin hücumları nəticəsində İranda 128 nəfər ölüb
Tramp: ABŞ İsrail-İran münaqişəsinə müdaxilə edə bilər
Məşhəd hava limanında yanacaq təyyarəsi vurulub
Ərdoğan ikinci dəfə Trampla telefon danışığı aparıb
İran ordusu İsrailin iki pilotsuz təyyarəsini vurub
İran Tel-Əviv və Hayfaya raket zərbəsi endirib
İran XİN-ə aid binaya zərbə endirilib
İran İsrailin silah zavodunu vurub
***
14 iyun
İranın İsrailə cavab raket hücumları nəticəsində azı 4 nəfər ölüb
İranlı tennisçi İsrailin hücumu nəticəsində ölüb
İran Türkiyə sərhədində İsrailin kəşfiyyat PUA-larını vurub
İranın kamikadze pilotsuz təyyarələri İsraildəki hədəfləri vurub
Netanyahunun ofisi: İsrail İranda əməliyyatını genişləndirir
İsrail Şərqi Azərbaycan vilayətində dörd hədəfə raket zərbələri endirib
İranda daha üç nüvə alimi öldürülüb
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
İran daha bir İsrailə məxsus F-35 döyüş təyyarəsini vurub
İsrail ordusu İranda yeraltı raket obyekti vurub
İsrail Tehrana yenidən hücumlar təşkil edib
Ərdoğan və Tramp İran-İsrail münaqişəsini müzakirə ediblər
***
13 iyun
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.
İsrail ordusu İranın nüvə obyektlərini hədəf aldığını açıqlayıb.
Marko Rubio: “ABŞ İrana qarşı hücumlarda iştirak etmir”
İsrail hücumunda İranın yüksək rütbəli hərbçiləri və nüvə alimləri həlak olub
Netanyahu: İrana endirilən zərbələrin hədəfləri arasında nüvə fizikləri və Natanzdakı obyekt də olub
İranlı nüvə alimləri Tehrançi, Abbasi İsrailin hücumları nəticəsində həlak olub
İsrail rəsmisi mümkün İran hücumuna qarşı vətəndaşları xəbərdar edib
Tehran İsrailin hücumlarına sərt cavab verəcəyini bildirib
BMT İsrail və İranı təmkinli olmağa çağırıb
İran və İsrail arasında gərginlik səbəbilə bəzi uçuşlar Bakıya yönəlib
İran İsrail istiqamətinə 100-dən çox pilotsuz təyyarə buraxıb
Xamenei: İsrailə sərt cavab verəcəyik
İsrailin İrana endirdiyi zərbə nəticəsində 6 nüvə alimi öldürülüb
Britaniyanın Baş naziri İran və İsraili dərhal gərginliyi azaltmağa çağırıb
Azərbaycan XİN İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlardan narahatılığını ifadə edib.
Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib.
XİN ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.
Araqçi: ABŞ İranı vurmaq üçün İsrailə yaşıl işıq yandırıb
İsrail İranın Natanz nüvə obyektinə hücuma başlayıb
İsrail İranın Şiraz şəhərini bombalayıb
İsrail Qərbi İranın şəhərlərinə zərbələr endirib
İran nüvə sazişi üzrə danışıqlardan rəsmi olaraq çıxıb
İsrail ehtiyatda olan hərbçiləri çağırmağa başlayıb
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib