İndoneziyada fırtına zamanı 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsilib - YENİLƏNİB
İndoneziyada “Virgo Transport 8” bərəsinin Yava dənizində qəzaya uğramasından sonra axtarış-xilasetmə işləri davam etdirilir.
Operativ Media xəbər verir ki, bu barədə “Associated Press”ə məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 6 nəfərin meyiti aşkarlanıb. Hadisə zamanı bərədə olan 130 nəfərin taleyi isə hələlik məlum deyil.
İndiyədək 107 nəfərin xilas edildiyi bildirilir.
Hazırda ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır.
Əməliyyata 8 gəmi, o cümlədən 4 hərbi gəmi və 2 helikopter cəlb edilib.
09:47
İndoneziyada fırtına zamanı Yava dənizində üzən “Virgo Transport 8” gəmisi ilə əlaqə kəsilib. Gəmidə 243 nəfər olub.
Operativ Media xəbər verir ki, bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.
Əməliyyat koordinatoru Putu Sudayana bildirib ki, gəmi ən son Banjarmasindəki “SAR Basirih” körpüsündən təxminən 80 dəniz mili məsafədə olub.
Ekipajla əlaqə yerli vaxtla təxminən saat 2:00 radələrində hava şəraiti kəskin pisləşdikdən sonra kəsilib.
Dəniz qüvvələri, su polisi, liman və naviqasiya xidmətləri axtarış işlərinə cəlb edilib.