Menyu

Yaponiyada hökumətdə dəyişikliklər sentyabrın 17-də olacaq

Operativ Media
Yaponiyada hökumətdə dəyişikliklər sentyabrın 17-də olacaq

Yaponiyanın Baş naziri Sanae Takaçinin daha əvvəl planlaşdırdığı hökumət dəyişikliklərinin sentyabrın 17-də həyata keçirilməsi nəzərdə tutulub.

Operativ Media xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Məlumata görə, bundan bir gün əvvəl Takaçinin rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyində də dəyişikliklər ediləcək.

Son məlumatlara əsasən, Toşiharu Furukavanın ilk dəfə hökumətdə vəzifə alması gözlənilir. LDP-də isə parlamentlə iş üzrə komitənin sədri vəzifəsinin Hideki Muraiyə həvalə oluna biləcəyi bildirilir.

Gözləntilərə görə, hazırkı rəhbər şəxslərin əksəriyyəti vəzifələrini qoruyacaq. Onların arasında partiyanın fəaliyyətinin praktiki idarə edilməsində mühüm rol oynayan LDP-nin baş katibi Şuniti Suzuki də var.

Şuniti Suzuki liberal-demokratlar arasında nüfuzlu siyasətçi Taro Asonun həyat yoldaşının qardaşıdır. Taro Aso 2025-ci ildə Takaçinin partiya lideri və baş nazir seçilməsinə fəal dəstək verib. Onun dəstəyinin Takaçi üçün 2027-ci il seçkilərində də vacib olduğu qeyd edilir.

Daha əvvəl yayılan məlumatlara görə, Takaçi 2025-ci ildə keçirilən əvvəlki seçkilərdə ona rəqib olmuş şəxsləri yüksək vəzifələrdə saxlamaq niyyətindədir. Söhbət müdafiə naziri Şinjiro Koizumi, xarici işlər naziri Toşimitsu Motegi, inzibati işlər və kommunikasiyalar naziri Yoşimasu Hayaşi və LDP-nin siyasi şurasının rəhbəri Takayuki Kobayaşidən gedir.

Bildirilir ki, həmin şəxslər 2027-ci ildə də hazırkı baş nazir üçün ciddi rəqib ola bilərlər. Bununla yanaşı, rəqiblərin partiya və hökumət strukturlarında yüksək vəzifələrdə saxlanılmasının onların fəaliyyət imkanlarını məhdudlaşdıra biləcəyi və nəticədə Takaçinin 2027-ci ildə rəqibsiz şəkildə yenidən seçilməsinə gətirib çıxara biləcəyi ehtimal olunur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər