Menyu

Ekvador millisi argentinalı mütəxəssisə tapşırıldı

Operativ Media
Ekvador millisi argentinalı mütəxəssisə tapşırıldı

Ekvador milli komandasının sükanı argentinalı məşqçi Marselo Qalyardoya həvalə edilib.

Operativ Media xəbər verir ki, 50 yaşlı mütəxəssis bu təyinatadək müxtəlif klublarda baş məşqçi kimi fəaliyyət göstərib. Qalyardo “River Pleyt”, “Əl-İttihad” və “Nasional” komandalarına rəhbərlik edib.

Argentinalı çalışdırıcının “River Pleyt”dəki son dönəmində komanda 2024-cü ilin avqustundan 2026-cı ilin fevralına qədər 86 qarşılaşmada meydana çıxıb. Bu oyunların 38-də qələbə qazanan Buenos-Ayres təmsilçisi 27 dəfə heç-heçə edib, 21 matçda isə rəqibinə uduzub.

Ekvador yığması 2026-cı il dünya çempionatında E qrupunda mübarizə aparıb. 3 görüşdən 4 xal əldə edən komanda qrup mərhələsini üçüncü pillədə başa vurub. Ekvador 1/16 finalda Meksika ilə qarşılaşıb və 0:2 hesablı məğlubiyyətlə mundialla vidalaşıb.

Qalyardo bu vəzifədə Sebastyan Bekkaçeseni əvəzləyib. Argentinalı mütəxəssis Ekvador yığmasına 2024-cü ilin avqustundan 2026-cı ilin iyulunadək rəhbərlik edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər