Menyu

Sudan və Azərbaycan arasında diplomatik pasport sahibləri üçün vizasız rejim qüvvəyə minib

Operativ Media
Sudan və Azərbaycan arasında diplomatik pasport sahibləri üçün vizasız rejim qüvvəyə minib
1 dəq oxu

Sudan və Azərbaycan arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş qüvvəyə minib.

Operativ Media xəbər verir ki, bu barədə Sudan Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saziş 2026-cı il noyabrın 26-dan, Azərbaycan parlamentində ratifikasiya edildikdən sonra qüvvəyə minib.

Saziş 2026-cı il mayın 19-da Bakıda Sudan xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, səfir Mühiddin Salem Əhmədin Azərbaycana səfəri çərçivəsində imzalanıb.

Qeyd olunub ki, sənəd iki ölkə arasında siyasi və diplomatik əlaqələrin inkişafına, rəsmi qurumlar arasında təmasların və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.

Əlaqəli Xəbərlər