Bakıda 4 nəfərə qarşı quldurluq edilib
Bakıda quldurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Media" ya verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 23-də Bakı şəhər sakinləri P.Quliyevi, M.Namazovu, A.Hətəmovu və Sumqayıt şəhər sakini Ə.Nurzadəni kəsici alətlə hədələməkdə və Ə.Nurzadənin, A.Hətəmovun pullarını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq, soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Əsgərov müəyyən olunaraq saxlanılıb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net