Menyu

Dövlət Xidməti ilə Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb

Dövlət Xidməti ilə Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb

Cari ilin 26 oktyabr tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Respublikası Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

"Operativ Media" xəbər verir ki, Anlaşma Memorandumu XRİTDX və Mərkəzi Bank arasında fəaliyyət istiqamətləri ilə əlaqədar maliyyə bazarları üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində baş verən insidentlər, kiberhücumlar və digər məqsədyönlü hücum cəhdləri barədə məlumat mübadiləsi, eləcədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədini daşıyır.

Həmçinin, Anlaşma Memorandumu çərçivəsində maliyyə bazarları üzrə sahəvi “CERT”-in yaradılması (FinCERT) və akkreditasiya olunması ilə əlaqədər birgə fəaliyyətin təşkili nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Memorandum Heydər Əliyev ili çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən “CyberFest” kiberfestivalında imzalanıb.

Teqlər:

"D\u00f6vl\u0259t Xidm\u0259ti il\u0259 M\u0259rk\u0259zi Bank\u0131 aras\u0131nda Anla\u015fma Memorandumu imzalan\u0131b"

Əlaqəli Xəbərlər