Menyu

Xidmət rəisi Google Map-də yer adlarının düzgün göstərilməməməsinə münasibət bildirdi

Xidmət rəisi Google Map-də yer adlarının düzgün göstərilməməməsinə münasibət bildirdi

"Google Map"da bir neçə nəfər müraciət edib, bir yeri tag edib, hər hansı ad verə bilirlər. Bu, Google Map platformanın imkanlarıdır. Bu istiqamətdə platformalarla müzakirə aparırıq.

"Operativ Media" nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov deyib.

O vurğulayıb ki, xəritədə həqiqətə uyğun olmayan yerlər, təxribatedici məqamları aşkar edildikdə aidiyyatı sosial şəbəkələrdə, platformalara müraciət olunur, silinməsi qeyd olunur.

"Həmin nöqtələr silinir. Bu, həmin platformanın texniki imkanlarıdır və bu imkanlar bütün ölkələr, bütün istifadəçilər üçün eynidir. Vətəndaşlar belə yerlərlə rastlaşırlarlarsa. bizə müraciət edə bilərlər. Biz isə lazımı tədbirləri görəcəyik", - deyə o əlavə edib.

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər