http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Kimlərin sosial yardımı kəsilməyəcək?

26 Oktyabr 2023 , 16:34
Kimlərin sosial yardımı kəsilməyəcək?

Prezident İlham Əliyevin tapşırığına əsasən, aztəminatlı ailələrin ünvanlı sosial yardıma əlçatanlığının artırılması, sosial yardımın təyinatı mexanizminin təkmilləşdirilməsi və yardımın təyin olunma meyarlarının yumşaldılması istiqamətində növbəti addım kimi Nazirlər Kabineti sosial yardımla bağlı Qaydalarda yeni dəyişikliklər edib.

Aztəminatlı ailələrə dəstək məqsədi daşıyan dəyişikliklərə əsasən, sosial yardım alan ailə yardım üçün təkrar müraciət etdikdə ailə tərkibi və yaşayış ünvanı dəyişməyibsə: 

  • ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan varsa,

  • ailədə I dərəcə əlilliyi olan ailə üzvü, II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü varsa,

  • ailədə üç və daha çox uşaq varsa 

ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmayacaq. 

Ailə tərkibində ünvanlı yardımın dayandırılması və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hal baş verdikdə sosial yardım dayandırılır və ailənin ünvanlı yardım almaq hüququna müraciəti əsasında yenidən baxılırdı. Yeni dəyişikliklə bundan sonra ailədə: 

  • yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə, 

  • ailə üzvü vəfat etdikdə, 

  • ailə üzvü hərbi xidmətə çağırıldıqda və ya ehtiyata buraxıldıqda, 

  • əmək qabiliyyətli ailə üzvünün I dərəcə və ya 18 yaşınadək əlilliyi olan şəxsə, yaxud 8 yaşadək uşağa qulluq etmə müddəti başa çatdıqda,

  • ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil müddəti başa çatdıqda 

sosial yardım dayandırılmayacaq və ödənişi davam edəcək.

Həmçinin ailənin gəlirlərində ünvanlı yardımın dayandırılması və məbləğinin dəyişdirilməsinə səbəb olan dəyişikliyə görə yardım dayandırılırdısa, bundan sonra ailənin müraciətinə ehtiyac qalmadan onun yardım almaq hüququna 15 gün ərzində e-sistem tərəfindən yenidən baxılacaq.

Ünvanlı sosial yardım proqramında aztəminatlı ailələrə dəstək məqsədli digər yeni dəyişikliklər də edilib.

 

 

OXŞAR XƏBƏRLƏR
Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb

Bakıda “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 10:14

    Xarkov vilayətindən 10 mindən çox insan təxliyə edilib
  • 09:57

    KİV: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb
  • 09:36

    Qəzzada 630-a yaxın İsrail hərbçisi həlak olub
  • 09:17

    ABŞ nüvə silahlarının tranziti ilə bağlı Tokio ilə gizli protokollar üzrə danışıqları sənədləşdirib
  • 08:58

    İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv etdiyini bildirib
  • 00:05

    Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb
  • Dünən
    23:20

    İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir
  • Dünən
    22:30

    Putin KXDR-ə səfər edəcək
Menyu