http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

FHN-in Qarabağ Regional Mərkəzi məktəbdə təlim keçirib - VİDEO

26 Oktyabr 2023 , 17:06
FHN-in Qarabağ Regional Mərkəzi məktəbdə təlim keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Çullu kəndində yerləşən Soltanbud tam orta məktəbində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi” mövzusunda təlim keçirilib.

FHN-dən "Operativ Media" ya verilən xəbərə görə, tədbirdə FHN Qarabağ Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Yanğından Mühafizə Hissəsinin, Rayon Polis Şöbəsinin, Təcili Tibbi Yardım Stansiyasının qüvvələri, Ağdam Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təlimin keçirilməsində əsas məqsəd məktəbin kollektivinə fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması, baş verə bilən hadisələr zamanı praktiki vərdişlərin formalaşdırılmasından ibarət olub.

Təlimin Dövlət Himninin səsləndirilməsi ilə başlanan nəzəri hissəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarına dair məlumatlar verilib, suallar cavablandırılıb.

Təlimin praktik mərhələsində isə xüsusi təyinatlı texnikaların və canlı qüvvənin iştirakı ilə baş vermiş şərti zəlzələ və onun nəticəsində “yaranmış” yanğının söndürülməsi, zərərçəkmişlərin xilas edilməsi, təxliyə və ilkin yardım tədbirləri həyata keçirilib.

Uğurla başa çatan təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

OXŞAR XƏBƏRLƏR
Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb

Bakıda “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 09:57

    KİV: İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb
  • 09:36

    Qəzzada 630-a yaxın İsrail hərbçisi həlak olub
  • 09:17

    ABŞ nüvə silahlarının tranziti ilə bağlı Tokio ilə gizli protokollar üzrə danışıqları sənədləşdirib
  • 08:58

    İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv etdiyini bildirib
  • 00:05

    Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb
  • Dünən
    23:20

    İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir
  • Dünən
    22:30

    Putin KXDR-ə səfər edəcək
  • Dünən
    21:20

    Latviya Parlamentinin sədri Azərbaycana gəlib
Menyu