Yaş artdıqca çoxalan mədə problemlərinin səbəbləri nədir?

admin
Yaş artdıqca çoxalan mədə problemlərinin səbəbləri nədir?

Mütəxəssislər mədə problemlərinin yaşla bağlı olmasının səbəblərini izah ediblər.
Operativ Media “Rambler”ə istinadən xəbər verir ki, yaşlandıqca maddələr mübadiləsi yavaşlayır və oturaq həyat tərzi də bu problemi daha da artırır.
“Bədən yaşlandıqca dəyişir. Ən xoşagəlməz dəyişikliklərdən biri həzm sisteminin pozulmasıdır. Ən çox görülən simptomlara  mədə yanması, şişkinlik və qarın ağrısı aiddir. Hərəkət edilmədiyi müddətcə  bağırsaqlar düzgün işləməyi dayandırır.
Prostaqlandin istehsalının azalması mədənin selikli qişasına mənfi təsir edərək, qan axınının və qoruyucu selik istehsalının azalmasına səbəb olur və mədənin qastrit və xoralara daha çox meylli olmasına gətirib çıxarır. Həzm orqanlarının hərəkətliliyinin pozulması bakteriyaların çoxalmasına yol açır ki, bu da şişkinlik və ishala səbəb olur”.
Sevinc İbrahimzadə

Digər xəbərlər