İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var
İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var.
"Operativ Media" APA-ya istinadən xəbər verir ki, kənddə torpaq və həyətyanı sahələrdə sürüşmə müşahidə olunur, evlərə zərər dəyir. Kənd sakinləri buna səbəb kimi ərazidən keçən su kanallarını görür. Sakinlərin iddiasına görə, hər gün daha da artan uçqunlar torpaq itkisinə də səbəb olur. Uçqun kəndi, demək olar ki, iki hissəyə ayırıb.
Axıntı güclü olan hissələrdə önləyici tədbirlər görülmədiyindən get-gedə torpaq sürüşməsi genişlənir və sakinlər qorxudan evlərini tərk etməli olur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net