http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlanılıb

18 Aprel 2024 , 12:24
Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlanılıb

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı DİN-nin BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər keçirilib. 

"Operativ Media" DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir ki, tədbirlərlə müxtəlif ölkələrin vətəndaşı olan ümumilikdə 21 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. 

Araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə, xüsusən də Polşaya keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib. 

Xarici ölkə vətəndaşlarına qarşı dələduzluq etməkdə şübhəli bilinən E.Camalov barəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 102 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.

OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın olub, ölən var

Bakıda yanğın olub, ölən var

Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO

Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO

Kruiz səyahəti neçəyə başa gəlir?

Kruiz səyahəti neçəyə başa gəlir?

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Kolumbiya mayın 2-dən İsraillə diplomatik münasibətləri kəsir
  • Dünən
    23:11

    Azərbaycanda pul bazası 14 % artıb
  • Dünən
    23:11

    Bakıda yanğın olub, ölən var
    Bakıda yanğın olub, ölən var
  • Dünən
    23:01

    Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:56

    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
  • Dünən
    22:49

    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
    Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib
  • Dünən
    22:37

    Azərbaycan-İran mədəni əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:34

    Azərbaycan Beynəlxalq Mədəniyyət Forumuna dəvət edilib
Menyu